Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşü gözlənilir

Dünya

08.09.2026 - 21:59

Tərəflər enerji obyektlərinə və ixrac infrastrukturuna hücumların dayandırılmasını müzakirə edəcəklər

Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin növbəti üçtərəfli görüşü BƏƏ-də, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə baş tuta bilər. AYNA.AZ “Strana.ua”ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, tərəflər enerji obyektlərinə və ixrac infrastrukturuna hücumların dayandırılmasını müzakirə edəcəklər.

Bundan əlavə, Zelenski Ukraynanın əsirlərin mübadiləsini sürətləndirmək istədiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş