Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilir

Dünya

03.03.2022 - 20:04

Həkimlər Klinikalar SEO Xidməti

Danışıqların ikinci raundunun gündəliyi açıqlanıb

Ukrayna-Rusiya danışıqları başlayıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Podolyak Ukrayna-Rusiya danışıqlarının ikinci raundunun gündəliyini açıqlayıb.

O, “Twitter” hesabında etdiyi paylaşımında Ukrayna tərəfinin görüşlə bağlı gündəliyində üç istiqamətin olduğunu qeyd edib.

Bildirib ki, bunlar döyüşlərin dərhal dayandırılması, atəşkəs razılaşması və dağılmış, həmçinin davamlı olaraq atəşə məruz qalan kənd və şəhərlərdən mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin açılmasıdır.

Xatirladaq ki, danışıqlar Belarusun Brest vilayətində keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş