Ukrayna rəsmisindən xəbərdarlıq: “Rusiya raket hücumlarının sayı artırmağa çalışacaq”

Dünya

21.08.2022 - 15:07

Həkimlər Klinikalar SEO Xidməti

Mixail Podalyak: "Rusiya arxaik dövlətdir və öz hərəkətlərini müəyyən tarixlərə bağlayır”

“Ukraynanın bir sıra şəhərləri qanadlı raketlərlə düşmənin zərbələri ilə təhdid edilir. O cümlədən də, Kiyev”. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Ukrayna rəsmisi bildirib ki, Rusiya Federasiyası 23-24 avqust tarixlərində - Müstəqillik Günündə hücumların sayını artırmağa çalışacaq.

"Rusiya arxaik dövlətdir və öz hərəkətlərini müəyyən tarixlərə bağlayır. “İnsanları qorxutmaq üçün nə etmək lazımdır” sualı ətrafında düşünürlər. Bizə nifrət edirlər, ona görə də hücumların sayını artırmağa çalışacaqlar. Şəhərlərimizə qanadlı raketlərlə hücumların sayının artması ehtimalı var. Təbii ki, Kiyev də bu şəhərlərin siyahısında olacaq”, - Podolyak bildirib.

Podalyak həmçinin qeyd edib ki, “rus dünyası” bütün sivilizasiya standartlarında Ukraynaya tamamilə uduzur: “Ona görə də, ruslar alçaldılmalarına görə kompensasiya almaq istəyirlər və buna görə də Ukrayna şəhərlərinin atəşə tutulmasının sayı artırılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş