Ukrayna Prezidenti Batumiyə gəldi

Dünya

19.07.2021 - 13:37

Vladimir Zelenski konfransda iştirak edəcək

 

Ukrayna Prezidenti Vladimir Zelenski Batumiyə gəlib. Bu barədə AYNA Gürcüstan mediasına istinadən bildirir.

 

Batumi beynəlxalq hava limanında onu Acarıstan hökumətinin sədri Tornike Rijvadze qarşılayıb.

 

Vladimir Zelenski Prezident Salome Zurabişvilinin dəvəti ilə Gürcüstana səfər edib.

 

Bu gün Ukrayna Prezidenti Şərq Tərəfdaşlığının əlaqəli ölkələrinin liderlərinin görüşəcəyi 17-ci Batumi “AB-nin Cazibəsi və Bölgənin Transformasiyası” konfransında iştirak edəcək.

 

Tədbiri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani açacaq.

Müəllif: Ayna.az