“İndi Ukraynada döyüşən əcnəbi döyüşçülər demək olar ki, bütün birləşmələrdə ola bilər”
Ukrayna ordusunda muzdluların qeydiyyatı qaydalarını dəyişib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur deyib.
Onun sözlərinə görə, indi Tallinndə nə qədər estoniyalının Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bilmirlər: “Əgər əvvəllər Ukrayna ordusunda əcnəbi əsgərlərin necə qeydiyyata alınması və onların hansı bölmələrə aid olması ilə bağlı az-çox aydın məlumat var idisə, indi Ukrayna öz münasibətini kökündən dəyişib. İndi Ukraynada döyüşən əcnəbi döyüşçülər demək olar ki, bütün birləşmələrdə ola bilər”.
Bundan əvvəl Pevkura Avropa İttifaqından Ukraynaya mərmi tədarükü tempinin aşağı olmasından şikayətlənib. Nazir qeyd edib ki, Aİ Kiyevi bir milyon artilleriya mərmisi ilə təmin etməlidir, lakin hazırda cəmi 226 min döyüş sursatı çatdırılıb.