Ukrayna ordusu yaşayış məntəqəsini azad edib

Dünya

30.05.2022 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna hərbçiləri azad edilmiş ərazidə artıq mövqe tutublar

Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət dövlət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

"Kamışevaxi yaxınlığındakı Popasnaya istiqamətində düşmən iki kilometr geri oturdulub, Lisiçansk-Baxmut avtomobil yolu az atəşə məruz qalıb”, - deyə Qayday bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq Toşkovkada mövqe tutublar.

"Severodonetsk Ukraynanın nəzarətindədir. Düşmənin uğuru yoxdur", - deyə Qayday əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş