Anna Malyar: “Ötən həftə ərzində Baxmut ətrafındakı cənub cinahında hər gün irəlilədik”
Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində 7 kvadrat kilometr ərazini azad edib. AYNA xəbər verir ki, bu barədə məlumatı Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında məlumat yayıb.
Malyar bildirib ki, Baxmut istiqamətində əks-hücum davam edir: "Biz ötən həftə ərzində Baxmut ətrafındakı cənub cinahında hər gün irəlilədik. Son bir həftə ərzində taktiki əməliyyat vəziyyətin yaxşılaşdırılması nəticəsində 7 kvadrat kilometr ərazi azad edilib”.