Ukrayna biznesmenlərə faizsiz kreditlər verəcək

Dünya

18.03.2022 - 18:39

Həkimlər Klinikalar SEO Xidməti

Zelenski: "Kreditin ümumi məbləği 60 milyon qrivnaya qədər ola bilər"

Müharibə dövründə Ukrayna iqtisadiyyatını stimullaşdırmaq üçün sahibkarlara 0%-lə güzəştli kreditlər veriləcək. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Prezident Volodimir Zelenski deyib.

“İstənilən biznes obyekti hərbi vəziyyətin davam etdiyi müddətdə və müharibədən sonra bir ay 0%-lə kredit ala biləcək. Sonra minimum 5% dərəcəsi olacaq. Kreditin ümumi məbləği 60 milyon qrivnaya qədər ola bilər”, - deyə Zelenski bildirib.

Prezident həmçinin Milli Banka Ukrayna banklarındakı əmanətlərə 100% zəmanət verilməsi üçün qanunvericilik imkanının tapılması istiqamətində xüsusi tapşırıq verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş