Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Dünya

13.08.2022 - 16:48

Rusiyanın canlı itkisinin 43 mindən çox olduğu bildirilir

"Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 43 400 hərbçisi məhv edilib".

AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 856 tank, 4 115 zirehli döyüş maşını, 978 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 779 PUA, 187 qanadlı raket, 15 gəmi, 3 036 avtomobil texnikası və avtosistern, 91 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib

Müəllif: Ayna.az