Ukraynaya hərbi yardımların göstərilməsi davam etdirilir
Ukrayna Silahlı Qüvvələri Qərb istehsalı olan 60-a yaxın tank alıb. AYNA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri Aleksey Reznikov çərşənbə axşamı “Funke” media qrupuna müsahibəsində deyib.
"Tank tədarükü koalisiyasına Almaniya, Polşa, Niderland, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir. İndiyə qədər hər biri 30 Leopard tankından ibarət iki batalyonumuz var, yəni ümumilikdə 60-a yaxın", - Reznikov bildirib. Onun sözlərinə görə, Fransa Kiyevə AMX-10RC təkərli tankları, Böyük Britaniya “Challenger” və ABŞ-a “Abrams” tankları verib.
Yanvarın 25-də Almaniya Nazirlər Kabineti Ukraynaya 14 Leopard 2 tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Fevralın 7-də hökumət 178 Leopard 1A5 tankının Kiyevə çatdırılmasını təsdiqləyib. Fevralın 24-də Almaniya Kiyevə silahlı qüvvələrin ehtiyatlarından daha dörd texnika tədarük etmək qərarına gəlib.