Ukrayna 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini tələb edib

Dünya

17.02.2022 - 02:36

Həkimlər Klinikalar SEO Xidməti

Dmitri Kuleba: "Qoşunların geri çəkilməsi barədə bəyanatlar kifayət deyil"

“Vyana sənədi çərçivəsində dünənki görüşə qatılmaqdan imtina edən Rusiyadan şəffaflıq tələbinə davam edirik”.

AYNA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün "Twitter" hesabında yazıb.

“Ukrayna 48 saat ərzində ATƏT Daimi Şurasının və ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun birgə iclasının keçirilməsini tələb edir.

Biz bir daha Rusiyanı iştirakçı dövlətlərin haqlı narahatlıqlarını aradan qaldırmağa və Ukrayna ilə sərhəd yaxınlığında hərbi əməliyyatları nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün ATƏT-in vasitələrindən istifadə etməyə çağırırıq.

Qoşunların geri çəkilməsi barədə bəyanatlar kifayət deyil. Bizə şəffaflıq və faktlar lazımdır”, - XİN rəhbəri qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş