UEFA “Fənərbağça”nı 50 min avro cərimələyib

İdman

06.08.2022 - 01:18

Putin şüarlarının səslənməsi kulubun cəzalanmasına gətirib çıxarıb

UEFA Türkiyənin “Fənərbağça” klubunu cəzalandırıb. AYNA “Haberler.com” saytına istinadən xəbər verir ki, buna səbəb klubun Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

“Fənərbağça” Kiyev “Dinamo”suna uduzduğu vaxt azarkeşlər tərəfindən Vladimir Putin şüarlarının səslənməsi UEFA tərəfindən kulubun cəzalanmasına gətirib çıxarıb.

UEFA “Fənərbağça”nı 50 min avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

Müəllif: Ayna.az