Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədri Ermənistana səfər edib

Dünya

12.05.2022 - 17:19

Overçukun səfərinin gündəliyi təqdim edilməyib

Bu gün Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. AYNA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yerləşdirilib.

Overçukun səfərinin gündəliyi təqdim edilməyib.

Qeyd edək ki, Overçuk Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası ilə məşğul olan Ermənistan, Rusiya və Azərbaycandan ibarət Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədridir.

Müəllif: Ayna.az