“Twitter”in işində problem yaranıb

Dünya

21.01.2022 - 07:47

İstifadəçilər hesablarına daxil olmağa çətinlik çəkirlər

Dünyanın bir çox ölkəsində “Twitter” mikrobloqunun işində problem yaranıb.

AYNA-nın “Downdetector” saytına istinadla məlumatına görə problemlə ABŞ, Kanada, Britaniya və Rusiyadan olan istifadəçilər üzləşiblər.

İstifadəçilər şəxsi hesablarına daxil olmağa çətinlik çəkirlər. Beynəlxalq “NetBlocks” təşkilatı problemi serverdəki xəta ilə izah edir.

Müəllif: Ayna.az