Türkmənistanda prezident seçkilərinin rəsmi nəticələri bu gün açıqlanacaq

Dünya

14.03.2022 - 05:46

Həkimlər Klinikalar SEO Xidməti

MSK: seçkilərdə 97,12 faiz seçici fəallığı müşahidə edilib

Türkmənistanda martın 12–də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri bu gün - martın 14-də rəsmən açıqlanacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Türkmənistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasından (MSK) məlumat verilib.

Məlumatda vurğulanıb ki, seçkilərdə 97,12 faiz seçici fəallığı müşahidə edilib.

Qeyd edək ki, Türkmənistanda keçirilmiş növbədənkənar prezident seçkilərində səsverməni 2726 milli müşahidəçi, eləcə də MDB, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra qonşu ölkələrdən olan xarici müşahidəçilər izləyib.

İlkin məlumata görə, seçkilərdə əsas namizədlərdən olan Prezident Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədov 97 faiz səslə birincidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş