Türkmənistanda prezident seçkiləri keçirilir

Dünya

12.03.2022 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Seçkilərdə 9 namizəd iştirak edir

Türkmənistanda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ötən 2 saat ərzində səsvermədə seçicilərin 25,24 faizi iştirak edib.

Qeyd edək ki, seçkilərdə ölkədə rəsmi qeydiyyatdan keçmiş üç partiyanı təmsil edən 9 namizəd iştirak edir. Bütövlükdə, qeydiyyatdan keçmiş 3 459 063 seçici ölkədə açılmış 2 577, xaricdə açılmış 41 seçki məntəqəsində səs verir. Qüvvədə olan Seçki Məcəlləsinə əsasən,seçkilərin nəticəsi 7 gün ərzində açıqlanmalıdır. Seçkilərdə iştirak etmiş seçicilərin yarısından çoxu tərəfindən dəstəklənən namizəd seçkilərin qalibi sayılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş