Türkiyənin tanınmış yazarı koronavirusdan ölüb

Dünya

03.05.2020 - 18:50

Qalın insanları təşvişə düşmədən COVID-19-la mübarizəyə səsləyib

 

Türkiyədə tanınmış ilahiyyatçı-yazar Ömər Döngeloğlu koronavirusdan vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözcüsü İbrahim Qalın yayıb. Qalın şəxsi sosial media hesabında yazarın COVID-19-dan vəfat etdiyini bildirərək, bundan çox üzüldüyünü söyləyib.

 

Türkiyə Prezidentinin sözcüsü həmçinin koronovirusdan ölən bütün Türkiyə vətəndaşlarına rəhmət diləyib və insanları təşvişə düşmədən COVID-19-la mübarizəyə səsləyib.

Müəllif: Ayna.az