Türkiyənin Azərbaycandakı səfiri Bakıdakı partlayışla bağlı paylaşım edib

Xəbərlər

03.04.2022 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

“Qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq”

“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”.

AYNA xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı “Twitter” hesabında yazıb.

Qeyd edək ki, hadisə bu gecə saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova dünyasını dəyişib. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş