“1999-cu ildən sonra tikilmiş evlərdə yaşayanlar daha az narahat olmalıdırlar”
“Aprelin 23-də İstanbulda baş vermiş zəlzələ 2045-2075-ci illər arasında baş verə biləcək 7-7,2 bal gücündə daha böyük seysmik hadisənin xəbərçisidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri türkiyəli seysmoloq Ahmet Ercan “RİA Novosti”yə bildirib.
"Çərşənbə günü baş verən zəlzələ Trakya bölgəsində 7-7,2 bal gücündə gözlənilən zəlzələ xəbərdarlığı və ya ondan əvvəl bir növ məşqdir. Yeni zəlzələnin mərkəzi eyni yerdə, 7-13 kilometr dərinlikdə olacaq, lakin yeraltı təkanlar 22 dəfə güclü olacaq", - alim qeyd edib.
Ercan əlavə edib ki, 1999-cu ildən sonra tikilmiş evlərdə yaşayanlar daha az narahat olmalıdırlar, çünki bu il ev tikmək üçün daha sərt qaydalar qəbul edilib.