Türkiyədə zəlzələdə ölənlərin sayı artıb

Dünya

22.04.2023 - 13:28

cedabet dərman SEO Xidməti

Təbii fəlakətdə həlak olanların sayı 50 783 nəfərə çatıb

Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artıb.

AYNA “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, həlak olanların sayı 50 783 nəfərə çatıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş