Türkiyədə zəlzələ olub

Dünya

11.04.2022 - 22:15

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib

Türkiyədə zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:38-də Qara dənizdə 4,8 manqitudada baş verib.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbulda və digər ərazilərdə hiss edilib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş