Hadisə nəticəsində 32 nəfər yaralanıb
Türkiyənin Bolu şəhərində dağ-xizək mərkəzində oteldə yanğın baş verib. AYNA “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində on nəfər ölüb, 32 nəfər yaralanıb.
Fövqəladə yanğın 2 min metr hündürlükdə olan Kartalkaya xizək mərkəzindəki oteldə, 12 mərtəbəli binanın restoran hissəsindən başlayıb. Oteldə ümumilikdə 237 nəfər olub.
Bildirilib ki, bayram günləri ilə əlaqədar otel 80-90% dolu olub.
Binanın taxtadan olması səbəbindən yanğının sürətlə bütün oteli əhatə etdiyi bildirilir.
Təxliyə edilən turistlər müvəqqəti olaraq bölgədəki digər otellərdə yerləşdirilib.