Türkiyədə son sutkada koronavirusdan 176 nəfər ölüb

Dünya

20.01.2022 - 04:16

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 412 min 031 nəfərin test edildiyi, 72 min 615 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 84 min 426 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş