Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 174 nəfər ölüb. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşım edib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 440 min 017 nəfərin test edildiyi, 94 min 783 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 83 min 261 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.