Türkiyədə sərhədi keçmək istəyən 113 əfqan miqrant saxlanılıb

Dünya

03.09.2021 - 05:47

Həkimlər Klinikalar SEO Xidməti

Əfqanlar qanunsuz yolla Türkiyəyə girməyə cəhd edib 

 

Türkiyənin Van şəhərinin Çaldıran rayonunda sərhədi piyada keçmək istəyən 113 qanunsuz əfqan miqrant saxlanılıb.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Van valiliyi məlumat yayıb.

 

Avropa liderləri son günlər miqrasiyanın yenidən baş qaldıracağı ilə bağlı narahatlıqlarını bildirib. İran dəfələrlə sərhəd keçidlərini bağlayıb və qaçqın düşərgələrinin ölkə daxilində olmasının vacibliyini vurğulayıb. Türkiyə İranla sərhəddə divar inşa etsə də, bir çox əfqan qanunsuz yolla ölkəyə daxil olmağı bacarıb. Bu miqrantlar ölkənin şərqindəki Van şəhərində saxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş