Türkiyədə qara görə iki avtobus aşıb, yaralılar var

Dünya

22.12.2021 - 03:35

Həkimlər Klinikalar SEO Xidməti

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib

Türkiyənin Bitlis vilayətində iki şəhərlərarası sərnişin avtobusu aşıb. AYNA-nın xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, Vandan Tatvana gedən iki avtobus şiddətli qar və çovğunun təsiri ilə avtomagistralın Rəşadiyyə kəndindən keçən hissəsində aşıb.

Qəzada yaralanan 24 sərnişin hadisə yerinə cəlb edilən təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.

Bundan başqa, qar və çovğuna görə Tatvan-Van və Bitlis-Muş yolu müvəqqəti bağlanıb.

Türkiyədə qara görə iki avtobus aşıb,
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş