Miqrantların Pakistan, Əfqanıstan və Suriya vətəndaşları olduqları müəyyən edilib
Türkiyədə 123 qanunsuz miqrant saxlanılıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinə Kırklareli vilayətində qanunsuz yollarla ölkəyə daxil olan bir qrup əcnəbinin yaşaması ilə bağlı məlumat daxil olub.
Araşdırma nəticəsində saxlanılan miqrantların Pakistan, Əfqanıstan və Suriya vətəndaşları olduqları müəyyən edilib.
Miqrantlar ölkələrinə geri göndərilmək üçün Türkiyənin aidiyyəti qurumlarına təhvil veriliblər.