Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək - RƏSMİ

Dünya

15.05.2023 - 18:39

İkinci turun mayın 28-də keçirilməsi qərara alınıb

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək. AYNA xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Kurulunun (MSK) sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, prezident seçkilərinin ikinci turunun bazar günü, mayın 28-də keçirilməsi qərara alınıb.

MSK-nın sədri deyib ki, yerli vaxtla saat 15:15-dək seçki qutularının hamısı açılıb. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,7 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Müəllif: Ayna.az