Türkiyədə meşə yanğını başlayıb

Dünya

04.09.2023 - 23:29

cedabet dərman SEO Xidməti

Kənd sakinləri hadisə barədə müvafiq qurumlara xəbər veriblər

Türkiyənin Ağrı vilayətində meşəlik ərazidə yanğın başlayıb. AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Eleşkirt rayonunda qeydə alınıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Qeyd edilir ki, Yanıkdərə kəndi yaxınlığındakı otluq ərazidə başlayan yanğın ətrafdakı meşəliyə də keçib.

Bunu görən kənd sakinləri hadisə barədə müvafiq qurumlara xəbər veriblər.

Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş