Hazırda ölkədə 1500-dən çox xəstənin vəziyyəti ağırdır
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 175 nəfər ölüb.
AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 104 nəfər test edilib, onların 9 min 375-nin koronavirus testi pozitiv nəticə verib, 11 min 192 nəfər sağalıb, 1 667 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 46 min 621 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 186 min 487 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 203 min 385 nəfəri müalicə olunaraq evə buraxılıb.