Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Dünya

26.08.2020 - 22:48

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 20 nəfər dünyasını dəyişib, 1313 nəfər isə virusa yoluxub.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6183-ə, yoluxanların sayı isə 262 507-yə yüksəlib. Son 24 saat ərzində 841 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

 

 Ümumilikdə sağalan xəstə sayı 239 797-yə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş