Türkiyədə illik inflyasiya 62 faizə çatıb

Dünya

04.12.2023 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Noyabrda istehlak qiymətləri indeksi ilin əvvəli ilə müqayisədə isə 60,09 faiz artıb

Türkiyədə illik inflyasiya noyabr ayında yenidən yüksəlib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatında qeyd edilib.

Bildirilib ki, bu ilin noyabrında inflyasiya 61,98 faizə yüksəlib. Oktyabrda bu göstərici 61,36 faiz olub.

Noyabrda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 3,28 faiz, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 60,09 faiz artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş