Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 403 min 117 nəfərin test edildiyi, 59 min 885 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 71 min 545 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.