Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 266 nəfər ölüb. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 438 min 553 nəfərin test edildiyi, 76 min 632 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 74 min 936 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.