Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 190 nəfər dünyasını dəyişib. AYNA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 857 nəfərin test edildiyi, 18 141 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 245 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 144 781 peyvənd tətbiq edilib ki, bunun 91,25 faizi birinci, 82,36 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.