Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

02.12.2021 - 07:45

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 196 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 252 nəfər test edilib, onların 22 556-nın koronavirus testi pozitiv nəticə verib, 24 113 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 516 813 peyvənd tətbiq edilib ki, bunun 90,69 faizi birinci, 81,37 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az