Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 274 nəfər test edilib, onların 23 759-nun koronavirus testi pozitiv nəticə verib, 25 103 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 058 425 peyvənd tətbiq edilib ki, bunun 90,52 faizi birinci, 81,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.