Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

12.11.2021 - 03:54

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 197 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 004 nəfər test edilib, onların 24 898-nin koronavirus testi pozitiv nəticə verib, 24 360 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 029 902 peyvənd tətbiq edilib ki, bunun 89,83 faizi birinci, 79,70 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş