Türkiyədə COVID-19-la bağlı son vəziyyət

Dünya

02.11.2021 - 00:49

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. 
 
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 643 nəfər test edilib, onların 28 678-nin koronavirus testi pozitiv nəticə verib, 29 296 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 486 234 peyvənd tətbiq edilib ki, bunun 89,31 faizi birinci, 78,55 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az