Köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir
Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb. AYNA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, dağıntılar altından 13 nəfər yaralı halda çıxarılıb.
Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.
İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.