Türkiyə XİN: Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik

Dünya

29.05.2023 - 21:58

Türkiyə bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb

Kosovonun şimalında baş verən hadisələri narahatlıqla izləyirik. Bu hadisələr regional təhlükəsizliyə və sabitliyə ziyan vurur.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Türkiyə bütün tərəfləri zorakılıqdan çəkinməyə və gərginliyi artıracaq addımlar atmamağa çağırır:

“Gərginliyi azaltmağın və regionda davamlı sülh və sabitliyin bərqərar olmasının yeganə yolu davam edən dialoq prosesində irəliləyişə nail olmaqdır”.

Müəllif: Ayna.az