Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dünya

21.04.2020 - 20:53

cedabet dərman SEO Xidməti

Danışıqlar zamanı bir sıra məsələlər müzakirə olunub 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Keremlin Mətbuat xidməti məlumat yayıb.

 

“Danışıqlarda koronavirusa qarşı səhiyyə nazirlikləri və başqa aidiyyəti qurumların xətti ilə birgə səyləri daha da artırmaq, habelə hər iki ölkə vətəndaşlarının vətənə dönməsi üçün təmasları davam etdirmək müzakirə predimeti olub”, - açıqlamada deyilir.

 

İki dövlət başçısı həmçinin Suriya, o cümlədən İdlibə dair razılaşmaların yerinə yetirilməsi ilə də bağlı fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş