Türkiyə və İran prezidentləri regional məsələləri müzakirə ediblər

Dünya

29.06.2023 - 20:52

cedabet dərman SEO Xidməti

Liderlər Qurban bayramı münasibətilə təbriklərini çatdırıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

AYNA xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilib ki, liderlər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.

Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş