Türkiyə Qara dənizdə mina kəşfiyyatı işləri aparır

Dünya

29.03.2022 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

Hulusi Akar: "Daxil olan məlumatlar dərhal dəyərləndirilir və lazımi tədbirlər görülür"

Türkiyənin Hərbi Dəniz Qüvvələri Qara dənizin qərbində tapılan minalarla bağlı kəşfiyyatı işləri aparır. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyənin mina axtaran gəmiləri və dəniz patrul təyyarələri həyəcan vəziyyətinə gətirilib. Daxil olan məlumatlar dərhal dəyərləndirilir və lazımi tədbirlər görülür", - Akar bildirib.

Nazirin sözlərinə görə, son günlər Qara dənizdə tapılan minaların mənbəyi araşdırılır: "Dəqiq məlumat olmadan heç bir fikir irəli sürə bilmərik. Araşdırmanın nəticəsini gözləmək lazımdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş