Ərdoğan: "Dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırdığını bildirib.
AYNA xəbər verir ki, bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində qeyd edib.
“İnşallah dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq”, - deyə, o bildirib.
Onun sözlərinə görə, dekabrın 7-də Yunanıstana səfər nəzərdə tutulub.