Yaralanan 4 əsgər xəstəxanaya çatdırılıblar
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) üç əsgəri şəhid olub. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, əsgərlər “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada qəhrəmancasına həlak olublar. Daha dörd əsgər yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıblar.
Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.