Türkiyə ordusu daha bir şəhid verib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında şəhid verib. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, çavuş Musfata Sezer İraqın şimalında keçirilən “Pənçə-Kilit” əməliyyatı zamanı yaralanıb.
Xəstəxanaya təxliyə edilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.