Tibbi müdaxilələrə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb
İraqın şimalında həyata keçirilən əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi şəhid olub. AYNA xəıbər xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 11-də terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsinə yerləşdirdiyi əldəqayırma partlayıcının partlaması nəticəsində çavuş Cem Ahmet Kaya və Xəlil Şahin yaralanıb və dərhal xəstəxanaya çatdırılıblar. Tibbi müdaxilələrə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.