Türkiyə Milli Təhlükəsizlik Şurası Rusiya və Ukraynaya çağırış edib

Dünya

28.01.2022 - 00:42

Həkimlər Klinikalar SEO Xidməti

TMTŞ: "Gərginliyin artması tərəflər üçün müsbət nəticələnməyəcək"

Rusiya Federasiyası ilə Ukrayna arasında artan gərginlik Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

AYNA xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

İclasda gərginliyin artmasının heç bir tərəf üçün müsbət nəticələnməyəcəyi qeyd olunub.

Bundan əlavə, Şura bütün tərəflərə sağlam düşüncə ilə gərginliyi azaltmaq üçün çağırış edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş