Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin edib

Dünya

15.12.2021 - 22:23

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanla münasibətləri normallaşdırmaq məqsədilə xüsusi nümayəndə təyin edilib

Türkiyənin ABŞ-da səfiri olmuş Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndə təyin olunub.

AYNA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, Sərdar Kılıç 1958-ci ildə Samsunda anadan olub.

O, 1980-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1984-cü ildən diplomatik xidmətdədir.

Serdar Kılıç müxtəlif illərdə Türkiyənin Livan (2008-2010), Yaponiya (2012-2014) və ABŞ-da (2014-2021) səfiri kimi çalışıb. Diplomat həmçinin 2012-2014-cü illərdə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi postunda çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş